AZ

Bakıda nəqliyyat vasitəsini qəsdən yandıranlar saxlanılıblar (VİDEO)

Bakı. Trend:

İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus“VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxilolub.

Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarıtərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılmasımüəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən MəmmədCabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuşRuslan Xəmmədov saxlanılıblar.

Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini,lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdənyandırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
47
az.trend.az

10Mənbələr