“Reyncers” 17 yaşlı ingilis sol cinah hücumçusu Mayki Muru “Tottenhem”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə “Reyncers”in mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsinin müddəti 2026-cı ilin may ayının sonuna qədər qüvvədə olacaq.
Mayki Mur “Tottenhem”in məzunudur və karyerası ərzində ancaq “mahmızlar” üçün çıxış edib.
Geridə qalmış mövsümdə Mur “Tottenhem” üçün 19 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Murun “mahmızlar” üçün çıxışının ümumi mənzərəsi 21 oyun 1 qol və 2 məhsuldar ötürmədən ibarətdir.
Mayki Mur İngiltərənin U-15, U-16, U-17 komandalarına və hazırda kapitanı olduğu U-19 komandasına cəlb edilib, əsas yığmaya isə çağırış almayıb.
Mayki Murun qənimətlər muzeyində “Tottenhem”lə qazandığı Avropa Liqası (2024/2025) var.
“Transfermarkt” internet-portalı 17 yaşlı ingilis sol cinah hücumçusunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.
