Qala qəsəbəsində maşın vuran 18 yaşlı oğlan xəstəxanada ölüb.
"Unikal" xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda qeydə alınıb.
1961-ci təvəllüdlü Balatir Əliyev idarə etdiyi “VAZ 2104” markalı avtomaşın ilə hərəkətdə olarkən, piyada – 2007-ci il təvəllüdlü Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.