Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,33 ABŞ dolları, yaxud 1,82 % azalaraq 71,37 ABŞ dolları təşkil edib.
Bu barədə FED.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 71,39 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,35 ABŞ dolları və yaxud 1,89 % azalaraq 69,95 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.