AZ

"Azərbaycan qazının Suriyaya nəqli əlaqələrimizi gücləndirəcək" - AK Parti rəsmisi

Azərbaycan qazının Türkiyə ərazisindən keçərək Suriyaya nəqli qardaş ölkə ilə əlaqələrimizi daha da gücləndirəcək.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Elbəyli rayonu üzrə təşkilatının sədri Nəcməddin Dönməz deyib.

Onun sözlərinə görə, bu, tarixi hadisədir: “Belə hadisənin iştirakçısı olmaqdan, belə bir mühüm tədbirdə iştirak etməkdə qürur duyuram. Ümid edirəm ki, Suriyanın bərpasında, enerji təhlükəsizliyinin artırılmasında Azərbaycan bundan sonra da öz təşəbbüslərini davam etdirəcək".

Seçilən
19
37
unikal.az

10Mənbələr