"Azərbaycan dünya miqyasında vacib qaz təchizatçısına və enerji təhlükəsizliyinə töhfə verən mühüm bir dövlətə çevrilib".
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı keçirilən mərasimindən sonra jurnalistlərlə söhbətində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Suriyada enerji təchizatının dayanıqlı olmaması milyonlarla insanın həyat şəraitini ağırlaşdırır.