AZ

Tramp: “Putin bütün Ukraynanı ələ keçirmək istəyir”

  ABŞ Prezidenti Donald Tramp rusiyalı lider Vladimir Putinin Ukraynanın tamamını işğal etmək niyyətində olduğunu bildirib.

Referans xəbər verir ki, bu barədə o, “Newsmax” telekanalına verdiyi müsahibədə danışıb.

“Bəlkə də, Putin bütün Ukraynanı ələ keçirməyə çalışmaq istəyir. Məncə, bu, onun üçün çox çətin olacaq”, – deyə Tramp qeyd edib.

Tramp əlavə edib ki, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək, lakin bu tədbirlərin Putinə təsir göstərəcəyinə əmin deyil:

“O, sanksiyalarla necə mübarizə aparacağını yaxşı bilir. Onlardan yayınmağı bacarır.”

Jurnalistlərin Putin haqqında fikirlərinin son aylarda dəyişib-dəyişmədiyi ilə bağlı sualına isə Tramp belə cavab verib:

“O, açıq-aşkar ‘sərt qozdur’, bu baxımdan heç nə dəyişməyib. Amma təəccüblənmişəm. Bizim bir çox yaxşı söhbətlərimiz olub, bu münaqişəyə son

qoya bilərdik. Amma birdən bombalar uçmağa başladı.”

Həmçinin Tramp ABŞ-ın atom sualtı qayıqlarını Rusiya yaxınlığına göndərməsi ilə bağlı açıqlamasında da “onlar indi Rusiyaya daha yaxındır”

deyib.

Putin Trampın sözlərinə cavab verdi

Kreml rəhbəri Vladimir Putin Trampın bəyanatlarına cavab olaraq bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Moskvanın irəli

sürdüyü şərtlər dəyişməyib:

Ukrayna Silahlı Qüvvələrinin Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrindən tam çıxarılması;

Ukraynanın NATO-ya üzvlük planlarından imtina etməsi;

Ukraynanın bitərəf və nüvəsiz dövlət kimi hüquqi statusunun təsbit olunması;

Rusiyaya qarşı tətbiq edilmiş bütün sanksiyaların ləğvi.

Putin, həmçinin Trampın onun davranışından “məyus olduğunu” deməsinə belə cavab verib:

“Bütün məyusluqlar həddindən artıq gözləntilərdən yaranır.”

Seçilən
30
50
referans.az

10Mənbələr