AZ

"Karvan-Yevlax" niderlandlı futbolçu aldı

BAKI. 2 avqust. TELEQRAF

"Karvan-Yevlax" klubu növbəti transferini həyata keçirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı sağ cinah müdafiəçisi Shaquill Sno ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunda forma geyinib. Karyerası ərzində Sno Hollandiyanın “Ayaks”, “Telstar”, Norveçin “Aalesund”, Bolqarıstanın “Lokomotiv Plovdiv, Rumıniyanın “Botosani” və “Mioveni” klublarının heyətində çıxış edib.

Seçilən
51
9
teleqraf.com

10Mənbələr