2025-ci il üzrə məktəbəqədər təhsil müəssisələrində 320 vakant müəllim yeri mövcuddur.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, ən çox vakant yeri Bakı şəhərindədir. Belə ki, paytaxtda 185 bağça müəllimiyi üzrə vakant yer var. Bu, ümumi vakant yerlərin təxminən 60 faizinə bərabərdir.
Müxtəlif iqtisadi-coğrafi bölgələr üzrə vəziyyət belədir:
Abşeron-Xızı bölgəsi – 17 yer
Dağlıq Şirvan – 7 yer
Gəncə-Daşkəsən – 2 yer
Qarabağ bölgəsi – 18 yer
Qazax-Tovuz – 24 yer
Quba-Xaçmaz – 10 yer
Lənkəran-Astara – 13 yer
Mərkəzi Aran – 24 yer
Şəki-Zaqatala – 10 yer
Şərqi Zəngəzur – 8 yer
Şirvan-Salyan – 2 yer
Qeyd edək ki, Mil-Muğan iqtisadi rayonunda bu il üçün bağça müəllimi üzrə heç bir vakant yer yoxdur.