AZ

İşləmək üçün Serbiyaya gedən Lənkəran sakini yüksəklikdən yıxılaraq ölüb

İşləmək üçün Serbiyaya gedən Lənkəran sakini binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov bir müddət əvvəl işləmək üçün Serbiyaya gedib.

Bir neçə gün əvvəl isə o, binanın 7-ci mərtəbəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən H.Mənsubov dörd gün komada qaldıqdan sonra ölüb. Meyitin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür.

Qeyd edək ki, H.Mənsubov bodibuildinq ilə məşğul olub.

Seçilən
61
9
operativmm.az

10Mənbələr