AZ

İşləmək üçün Sebiyaya gedən lənkəranlı faciəvi şəkildə vəfat etdi

İşləmək üçün Sebiyaya gedən Lənkəran sakini binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov bir müddət əvvəl işləmək üçün Serbiyaya gedib.

Bir neçə gün əvvəl isə o, binanın 7-ci mərtəbəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən H.Mənsubov dörd gün komada qaldıqdan sonra ölüb. Meyitin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür.

Qeyd edək ki, H.Mənsubov bodibuildinq ilə məşğul olub.

Seçilən
50
10
metbuat.az

10Mənbələr