AZ

Lənkəran sakini Serbiyada binadan yıxılaraq öldü

İşləmək üçün Sebiyaya gedən Lənkəran sakini binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Modern.az-ın məlumatına görə, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov bir müddət əvvəl işləmək üçün Serbiyaya gedib.

Bir neçə gün əvvəl isə o, binanın 7-ci mərtəbəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən H.Mənsubov dörd gün komada qaldıqdan sonra ölüb. Meyitin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür.

Qeyd edək ki,  Həsən idmanın ağır atletika (bodybuilding) növü ilə məşğul olub.

Seçilən
46
10
modern.az

10Mənbələr