AZ

Ağır yol qəzaları dörd nəfərin ölümünə səbəb olduVİDEO

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə üç nəfər ölüb, bir nəfər xəsarət alıb. 

Xezerxeber.az xəbər verir ki, hadisə İmişli rayonunun Qaralar kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı “VAZ-21099” markalı minik avtomobili, “MAN” və “Ford” markalı iki yük maşını toqquşub.

Nəticədə, “VAZ-21099”un sürücüsü – İmişli rayonunun Çahar kənd sakini, 1964-cü il təvəllüdlü Vidadi Cəfərov və avtomobildəki sərnişinlər – həmkəndliləri, 1964-cü il təvəllüdlü Gülbəniz Cəfərova və 1956-cı il təvəllüdlü Vilayət Abbasova hadisə yerində dünyasını dəyişiblər. Həlak olan şəxslərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qəza zamanı xəsarət alan Samirə Cəfərova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə isə yolu keçən qadını avtomobil vurub. Yol-nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində, Sənaye parkına yaxın ərazidə qeydə alınıb.

67 yaşlı şəhər sakini Əntiqə Əhmədova yolu digər tərəfə keçən zaman minik avtomobili onu vurub. Yaşlı qadın aldığı xəsarətlərdən, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
2
xezerxeber.az

8Mənbələr