AZ

Ukrayna Soçiyə dronlarla zərbə endirdi - Neft bazası yanır

BAKI. 3 avqust. TELEQRAF

Ukraynanın Rusiyanın Soçi şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində neft bazasında içində 2000 kubmetr yanacaq olan çənlərdən birində yanğın başlayıb.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Kuban vilayətinin rəhbəri Veniamin Kondratyev bildirib ki, yanğının fəsadlarının aradan qaldırılmasına 127 nəfər yanğınsöndürən və 35 texnika cəlb olunub.

Seçilən
58
teleqraf.com

1Mənbələr