AZ

İranda kimya zavodunun anbarında yanğın baş verib

Yazını böyüt
Yazını kiçilt

Ötən gecə İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Azərşəhr rayonunda kimya zavodunun anbarında yanğın baş verib.

Bunu İranın Azərşəhr icra hakimiyyətinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoru Rəhim Həzrəti yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə rayonun Əxicahan kəndində yerləşəşn zavodun alışqan maddələrin saxlandığı anbarda baş verib.

Həzrəti deyib ki, yanğın alışqan maddələrin anbarda standartlara uyğun olmayan formada saxlanılması və texniki nöqsanlar nəticəsində baş verib.

Rayon rəsmisi hadisə nəticəsində ölən və yaralananın olmadığını deyib. Həzrəti yanğının dəqiq səbəbi və dəyən xəsarətin qiymətləndirilməsi üçün araşdırmanın aparıldığını deyib.

Yanğın yanğınsöndürmə əməkdaşları tərəfindən söndürülüb. trend

Seçilən
12
1
hafta.az

2Mənbələr