AZ

Azərbaycanlı hakimə ağır itki üz verib

Vətən Müharibəsi iştirakçısı, futbol hakimi Taleh Məmmədova ağır itki üz verib. Laysmanın atası Məhərrəm Məmmədov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, oğlu kimi ata Məmmədov da torpaqlarımızın işğaldan azad olunması üçün döyüşüb, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Xatırladaq ki, Taleh Məmmədov bu il Premyer Liqa oyunları üçün AFFA-nın açıqladığı İnkişaf qrupu – Elit köməkçi hakimliyə namizədlərin siyahısına daxil edilib.

Seçilən
34
idmanxeber.az

1Mənbələr