AZ

Bu şəhərdə ölümlə nəticələnən qəza baş vermir

Finlandiyanın paytaxtı Helsinkidə bir il ərzində ölümlə nəticələnən qəza baş verməyib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Məlumata görə, şəhərdə avtomobil yolları daraldılıb, sürücülərin işini çətinləşdirmək üçün ağaclar əkilib, sürət həddini 30 km/saata endirib, 70 yeni sürət kamerası quraşdırılıb və polisin nəzarəti gücləndirilib.

Qeyd olunub ki, çətin şəhər landşaftı sürücüləri məskunlaşan ərazilərdə daha diqqətli hərəkət etməyə məcbur edir. Şəhər həmçinin piyada və velosiped infrastrukturunu yeniləyib və ictimai nəqliyyatı genişləndirib.

Seçilən
60
1
axar.az

6Mənbələr