AZ

"Qarabağ"da zədəlilərin son durumu: "Şkendiya" ilə oyunda yardım edə biləcəklər? - AÇIQLAMA

"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Dani Boltun son durumu bəlli olub. 



Referans xəbər verir ki, D.Bolt UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" ilə ilk oyunu buraxacaq. Bu barədə Offsideplus.az saytına açıqlamasıında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.



O, komandanın digər zədəli üzvü Marko Yankoviçin də durumuna aydınlıq gətirib: “Marko Yankoviç komanda ilə Dani Bolt isə fərdi şəkildə məşq edir. Hazırda Yankoviçlə bağlı bir problem yoxdur. Dani Bolt isə “Şkendiya” ilə oyunu buraxacaq”. Qeyd edək ki, “Şkendiya” - “Qarabağ” matçı 5 avqust Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab oyunu isə 1 həftə sonra Bakıda baş tutacaq.

Seçilən
10
1
referans.az

2Mənbələr