AZ

Dörd cüdoçumuz medal qazandı

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb. 

“Qafqazinfo” xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb.

-60 kq çəki dərəcəsində Nihad Məmişov və -73 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medala sahib olub. 

2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
27
qafqazinfo.az

10Mənbələr