AZ

6 yaşlı oğlu dünyasını dəyişdi...

Sven Ulrayx bir neçə həftədi dərin məyusluq içindədi: “Bavariya”nın qapıçısı ağır itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, onun 6 yaşlı oğlu Len uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Sven bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Oğlumuz Lenin uzun və ağır xəstəlikdən sonra bir neçə həftə əvvəl dünyasını dəyişdiyini böyük kədər hissi ilə bildiririk. İndi qızımızla birlikdə tədricən normal həyata qayıtmağa çalışırıq”.
Yeri gəlmişkən, “Bavariya” təcrübəli futbolçusu Svenlə müqviləni yeniləyib. Münhen klubunun mətbuat xidmətinin məlumatına görə, 37 yaşlı qapıçı ilə sözləşmənin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Ulrayx “Bavariya”ya 2015-ci ildə “Ştutqart”dan keçib. O, indiyədək münhenlilərin heyətində 103 oyuna çıxıb. Almaniyalı qolkiper 9 dəfə bundesliqanın, 3 dəfə Almaniya kubokunun, 6 dəfə ölkə Superkubokunun, hərəsi 1 dəfə olmaqla Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.
Seçilən
41
football-plus.az

1Mənbələr