AZ

Ukraynanın Azərbaycandan qaz alması nələri dəyişə bilər?

Ukraynanın ilk dəfə Azərbaycan qazını Transbalkan marşrutu ilə qəbul etməsi iki ölkə arasında enerji əməkdaşlığını yeni mərhələyə keçirib.

Ukrayna üçün Azərbaycan qazını əldə etmək bir neçə səbəbdən vacibdir. Birincisi, bu, müharibə nəticəsində Rusiya qazından tamamilə imtina edən Ukrayna üçün Azərbaycan qazı hesabına enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayacaq. İkincisi, bu Kiyevlə Bakı arasında siyasi əlaqələrin daha da gücləndirilməsi deməkdir.

Ukraynanın dövlət enerji şirkəti olan “Naftogaz Group” SOCAR-ın Ukraynadakı törəmə qurumu “SOCAR Energy Ukraine” ilə Azərbaycan təbii qazının alınması barədə ilk müqaviləni imzalayıb. Bu razılaşma çərçivəsində sınaq partiyası qaz Bolqarıstan və Rumıniya üzərindən Ukraynaya çatdırılıb. Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Azərbaycan qazının Ukraynaya nəqli Kremli narahat edib.

Seçilən
31
azpost.info

1Mənbələr