Mahir Emreli bu gün "Kayzerslautern"in heyətində rəsmi debüt edib.
"Football-plus.az" xəbər verir ki, onun komandası 2-ci bundesliqada yeni mövsümün ilk oyununda "Hannover"in qonağı olub.
Mahir Emreli qarşılaşmanın start heyətində yer alıb. O, 67-ci dəqiqədə Riçmnd Taçe ilə əvəzlənib. Oyun "Hannover"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Aseko Nkili vurub.
Xatırladaq ki, Emreli bu yay "Kayzerslautern"lə 3 illik müqavilə imzalayıb. O, yeni mövsümə hazırlıq çərçivəsində keçirilən 5 yoxlama oyununda iştirak edib və 3 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta