BAKI. 3 avqust. TELEQRAF
Niderland millisinin futbolçusu Yorrel Hato "Ayaks"dan İngiltərənin "Çelsi" klubuna keçib.
Teleqraf London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 7 illik müqavilə bağlayıb.
"Zadəganlar"ın gənc istedad üçün 45 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Yorrel Hato "Sparta Rotterdam"ın yetirməsidir. O, ilk peşəkar müqaviləsini 2022-ci ildə "Ayaks"la bağlayıb və 16 yaşında Eredivizidə meydana çıxıb. Hato 17 yaşında komandanın kapitanı olub və Niderlandın əsas millisində debüt edib.