AZ

Özəl məktəblərdə təhsil haqqı 44 min manata qədər yüksəlir – Məktəblərin siyahısı və qiymətlər

2024/2025-ci tədris ilində Azərbaycanda ümumilikdə 33 qeyri-dövlət ümumi təhsil müəssisəsi (özəl məktəb) fəaliyyət göstərir. Yeniavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, özəl məktəblərin sayı əvvəlki illə müqayisədə azalıb. Belə ki, ötən tədris ilində ölkədə 34 özəl məktəb fəaliyyət göstərib. Xatırladaq ki, 2023/2024-cü tədris ilinin sonunda Bakı Fransız Liseyi fəaliyyətini dayandırıb.

 

Qeyd edək ki, 2024/2025-ci tədris ilində Azərbaycanda ümumilikdə 4 357 orta məktəb fəaliyyət göstərir və özəl məktəblər bu məktəblərin cəmi 0,8%-ni təşkil edir. Özəl orta məktəblərdə təhsil alan şagirdlərin sayı isə 23 980 nəfər olub ki, bu da ümumi şagirdlərin 1,4%-nə bərabərdir. Dövlət məktəblərində hər məktəbə orta hesabla 386 şagird düşdüyü halda, özəl məktəblərdə bu göstərici 727 nəfər təşkil edir.

 

Onu da bildirək ki, dövlət məktəbləri ilə müqayisədə şagird sayının iki dəfə çox olduğu özəl məktəblərdə ən aşağı illik təhsil haqqı 4 500 manatdır.

 

Maraqlı olacağını nəzərə alaraq, bəzi özəl orta məktəblərdə illik təhsil haqqını təqdim edirik:

 

The International School of Azerbaijan – 43 670 manat

Bakı İstanbul Liseyi – 4 560 manat

Zirvə Liseyi – 6 560 – 8 670 manat

Bakı Beynəlxalq Təhsil Kompleksi – 8 000 – 9 000 manat

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi – 12 000 manat

Xəzər Universiteti nəzdində Dünya Məktəbi – 9 500 – 11 000 manat

Azerbaijan British College Təhsil Kompleksi – 21 000 – 22 000 manat

Baku Oxford School – 17 000 – 20 500 manat

LANDAU School – 6 300 – 7 300 manat

ADA Məktəbi – 8 000 – 11 000 manat

Hədəf Liseyi – 5 000 – 11 000 manat

Avropa Azərbaycan Məktəbi – 11 250 – 17 150 manat

SABIS SUN International School – 12 206 – 15 900 manat

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi – 12 000 – 14 500 manat

 

Qeyd edək ki, təhsil haqları şagirdin oxuduğu sinfə (ibtidai, orta, yuxarı və s.), tədris dilinə (Azərbaycan, ingilis, rus) və məktəbin yerləşdiyi əraziyə görə dəyişir. Məsələn, Hədəf Liseyinin Nəsimi korpusunda 5–8-ci siniflər üçün illik təhsil haqqı 8 000 manat, Qurtuluş korpusunda isə 6 500 manat təşkil edir.

 

Bəzi özəl məktəblərdə təhsil haqqına müəyyən güzəştlər tətbiq olunur. Məsələn, Xəzər Universiteti nəzdində Dünya Məktəbində Qarabağ müharibəsi veteranları və şəhidlərin övladlarına (ailədən yalnız bir şagird üçün) 20% güzəşt verilir.

Tarix: 3 Avqust 2025, 22:24   
Seçilən
23
3
pravda.az

4Mənbələr