AZ

ABŞ prezidenti və Kanadanın baş naziri yaxın günlərdə tarif danışıqları aparacaq

ABŞ Prezidenti Donald Tramp və Kanadanın Baş naziri Mark Karni Vaşinqtonda yeni 35 faizlik tariflər fonunda mümkün ticarət razılaşması ilə bağlı danışıqlar aparacaqlar.

Operativ Media xəbər verir ki, bunu Kanadanın İdarələrarası Əlaqələr Naziri və Kanada ilə ABŞ arasında ticarətə cavabdeh olan Dominik LeBlanc CBS telekanalına müsahibəsində bildirib.

O, Vaşinqton rəsmiləri ilə apardığı söhbətlərə əsaslanaraq ticarət sazişinin perspektivləri barədə nikbin olduğunu vurğulayıb. “Biz [ABŞ] Ticarət Naziri Hovard Lutnik və [ABŞ Ticarət Nümayəndəsi Ceymison] Greer ilə apardığımız müzakirələrdən ruhlanmışıq. Lakin iki ölkənin iqtisadi maraqlarına uyğun olan bir razılaşma əldə etmək üçün hələ lazımi nöqtədə deyilik”, – deyə LeBlanc bildirib.

Nazir əlavə edib ki, o, “rüsumların bəzilərini azaldacaq və investisiyalar üçün daha çox əminlik təmin edəcək” bir razılaşmanın əldə olunmasının mümkün olduğuna inanır.

Mark Karni daha əvvəl bəyan etmişdi ki, Ottava ABŞ-nin 35 faizlik tariflərinə cavab olaraq sənaye rəqabət qabiliyyətini dəstəkləmək və iş yerlərini qorumaq üçün addımlar atacaq. Bununla belə, o, ABŞ mallarına qarşı cavab rüsumlarının tətbiqi barədə konkret məlumat verməyib.

Avqustun 1-də Donald Tramp Kanadaya tətbiq olunan tarifləri 25 faizdən 35 faizə yüksəldən fərman imzalayıb. O, həmçinin bildirib ki, Ottava Fələstini tanımaq niyyətini açıqladığı üçün Kanada ilə ticarət müqaviləsi bağlamaq onun üçün çox çətin olacaq.

Seçilən
21
operativmedia.az

1Mənbələr