AZ

Sahibə Qafarova Türkmənistanda belə qarşılandı

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avqustun 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçiriləcək Parlamentlərarası Forumda iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gedib.

Mia.az Milli Məclisə istinadla xəbər verir ki, Türkmənbaşı beynəlxalq hava limanında Milli Məclisin sədrini Türkmənistan Məclisinin Təhsil, elm, mədəniyyət və gənclər siyasəti məsələləri üzrə komitə sədri Bayramgözəl Muradova, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və digər rəsmi şəxslər qarşılayıblar.

Türkmənistanın Avaza şəhərində keçiriləcək Parlamentlərarası Forumun birinci sessiyasına spiker Sahibə Qafarova sədrlik edəcək. Səfər çərçivəsində Milli Məclisin sədrinin Forumda çıxışı və bir sıra görüşləri nəzərdə tutulur .

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
36
mia.az

10Mənbələr