AZ

Xaçmazda külək dam örtüyünü avtomobillərin üzərinə aşırıb

Xaçmaz rayonunda müşahidə olunan güclü külək fəsad törədib.

APA-nın Şimal bürosu xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində ticarət obyektinin dam örtüyü avtomobillərin üzərinə düşüb.

Nəticədə 3 nəqliyyat vasitəsinə ziyan dəyib.

Hazırda dam örtüyünün yolun hərəkət hissəsindən götürülməsi istiqamətində işlər görülür.

Seçilən
30
4
anews.az

6Mənbələr