AZ

Avropa Kuboku: Azərbaycan cüdo yığması 1-ci yeri tutdu

BAKI, 4 avqust. TELEQRAF

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa Kuboku yekunlaşıb.

Teleqraf xəbər verir ki, Azərbaycan yığması yarışda 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq, komanda hesabında 26 ölkə arasında 1-ci yeri tutub.

Qeyd edək ki, yarışların son günündə iki azərbaycanlı idmançı - Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) qızıl medal qazanıblar. Daha öncə Nihad Məmişov (60 kq) və Abil Yusubov (73 kq) da Avropa Kubokunun qalibi olublar. Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) bürünc medala sahib çıxıb.

Seçilən
31
2
teleqraf.com

10Mənbələr