AZ

ABŞ qırıcıları havaya qaldırıldı – Mülki təyyarə məhdudlaşdırılmış hava məkanına girib

BAKI, 4 avqust. TELEQRAF

Mülki təyyarə ABŞ Prezidenti Donald Trampın qaldığı Nyu Cersi ştatının Bedminster şəhərindəki qolf meydançası üzərindən məhdudlaşdırılmış hava məkanına daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı məlumat yayıb.

Məlumata görə, dərhal ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri havaya qaldırılıb.

Bildirilir ki, qırıcı təyyarələr məhdudlaşdırılmış hava məkanını pozan təyyarəni endiriblər. Qırıcılar mülki təyyarənin pilotunun diqqətini cəlb etmək üçün havaya məşəllər atıblar.

Xəbərdə bildirilir ki, bundan əvvəl də ərazidə bir neçə oxşar qanun pozuntusu baş verib.

Seçilən
14
teleqraf.com

1Mənbələr