AZ

Tramp Rusiya-Ukrayna müharibəsindən danışdı - Bu müharibəni dayandıracağıq

BAKI, 4 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya razılıq əldə etməli və Ukraynadakı münaqişəyə son qoymalıdır.

Teleqraf xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında yazıb.

D.Tramp bildirib:"Rusiya insanların ölümünü dayandıracaq bir razılaşma imzalamalıdır. Bu yaxınlarda çox sayda rus əsgərinin öldürüldüyü barədə məlumat dərc edildi. Eyni şey Ukraynaya da aiddir, rəqəmlər daha azdır, amma yenə də söhbətminlərlə insandan gedir. İndi isə bura raketlərlə vurulan şəhərləri əlavə edirik... Deməli, bu gülünc müharibədə çoxlu insan ölür. Bilirsiniz ki, biz bir çox ölkələrdə, o cümlədən Hindistan və Pakistanda müharibəni dayandırdıq. Bu müharibəni dayandıracağıq. Birtəhər dayandıracağıq. Bu, həqiqətən də dəhşətli müharibədir".

Seçilən
29
teleqraf.com

1Mənbələr