AZ

ABŞ Hindistanı Ukrayna münaqişəni “maliyyələşdirməkdə” ittiham edib

Ağ Ev: Hindistan Rusiyadan neft alaraq müharibəyə dəstək verir...

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Hindistan Rusiyadan neft almaqla Ukraynadakı münaqişənin maliyyələşdirilməsinə şərait yaradır.

Poliqon xəbər verir ki, Bu barədə "Fox Business" telekanalına müsahibəsində Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller məlumat verib.

"Prezident açıq şəkildə bildirib ki, Hindistan üçün Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsi qəbuledilməzdir", deyə Miller vurğulayıb.

Onun sözlərinə görə, Tramp Ukrayna münaqişəsinin həlli üçün diplomatik və maliyyə də daxil olmaqla müxtəlif təzyiq vasitələrini nəzərdən keçirir.

Bundan əvvəl Bloomberg agentliyi yazmışdı ki, Trampın Hindistandan Rusiyadan neft idxalını dayandırmaq tələbi yerinə yetiriləcəyi təqdirdə, bu, Hindistan üçün milyardlarla dollar dəyərində iqtisadi itkilərlə nəticələnə bilər.

Məlumata əsasən, Hindistanın ümumi neft idxalının 35–40%-i Rusiya mənşəlidir. Nisbətən ucuz Rusiya nefti Hindistana enerji daşıyıcılarının ümumi idxal xərclərini azaltmağa, pərakəndə yanacaq qiymətlərini sabit saxlamağa və inflyasiyanı nəzarətdə tutmağa imkan verir.

Donald Tramp avqust ayından Hindistandan idxal olunan mallara 25%-lik rüsum tətbiq ediləcəyini açıqlayıb. ABŞ Prezidenti bu qərarını Dehlinin Moskva ilə “ticarət maneələri və hərbi-enerji əməkdaşlığı” ilə əsaslandırıb.

Bununla belə, The New York Times yazır ki, Hindistan ABŞ-ın tarif və sanksiya hədələrinə baxmayaraq, Rusiya neftinin alınmasını davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Hindistan daha əvvəl Trampın əsas tələblərindən birini yerinə yetirməkdən imtina etmişdi.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr