“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Levski” növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda Bolqarıstan çempionatının 3-cü turunda “Slaviya” ilə qarşılaşıb. Matç “Levski”nin qələbəsiylə başa çatıb – 2:0.
Komandanın qollarını Bronislav Rupanov və Everton Bala vurub.
“Levski” 3 turdan sonra maksimum nəticə ilə 1 -ci sıradadır.
“Sabah” “Levski”yə qarşı ilk oyunu avqustun 7-də Bolqarıstanda keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.