Yevlax şəhərində şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən 1988-ci il təvəllüdlü Zahid Mahmudov kürək nahiyəsindən bıçaqlanıb.
O, Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılsa da aldığı xəsarətdən dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Fakt araşdırılır.