AZ

Türkiyə kəşfiyyatı ŞOK HESABAT yayımladı - İran və İsrail müharibəsindən sonra...

  Türkiyənin Milli Kəşfiyyat Akademiyası 2025-ci ilin iyun ayında İran və İsrail arasında baş vermiş silahlı qarşıdurmanın

nəticələrinə dair analitik hesabat yayımlayıb.

Hesabatda gələcək münaqişələrə hazırlıq məqsədilə bir sıra prioritet istiqamətlər müəyyən olunub.

Referans xəbər verir ki, sənəddə Türkiyənin təhlükəsizlik strategiyasının əsas istiqamətləri kimi aşağıdakılar göstərilib:

▪️ Çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərinin inkişafı

Xüsusilə alçaq hündürlükdə müdafiənin zəif olduğu vurğulanaraq, bu sahəyə xüsusi diqqət ayrılması tövsiyə olunur.

▪️ Erkən xəbərdarlıq və sığınacaq sistemləri

Hesabatda böyük şəhərlərdə və strateji obyektlərdə erkən xəbərdarlıq infrastrukturunun yaradılması və sığınacaqların inşası

zəruri hesab olunur.

▪️ Milli birliyin möhkəmləndirilməsi

Türkiyənin mümkün xarici təhdidlərə qarşı daha dayanıqlı olması üçün sosial həmrəyliyin və daxili birliyin gücləndirilməsi

tövsiyə edilir.

▪️ Radioelektron mübarizə (REM) və pilotsuz uçuş aparatlarına (PUA) üstünlük verilməsi

Sənəddə qeyd olunur ki, İranın ənənəvi silahları İsrailin dronlar və REM texnologiyaları qarşısında kifayət qədər effektli olmayıb.

Bu baxımdan, Türkiyəyə bu sahələrə investisiyaların artırılması tövsiyə olunur.

▪️ Hipersəs raketləri təhdidi

İsrailin güclü hava müdafiə sistemləri belə hipersəs silahlarının zərbələrini tam qarşısını ala bilməyib. Türkiyəyə bu növ

təhdidlərə qarşı müdafiə vasitələrinin hazırlanmasını sürətləndirmək tövsiyə olunur./Musavat .com

Seçilən
16
3
referans.az

4Mənbələr