AZ

Ağstafa rayonunda vətən müharibəsi şəhidi Orxan Avdıyevin doğum günündə xatirəsi anılıb

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

02 avqust 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Avdıyev Orxan Habil oğlunun doğum günü münasibətilə Pirili kənd qəbiristanlığında məzarı ziyarət olunub, önünə güldəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin digər Vətən müharibəsi şəhidi Bayramov İlkin Bayram oğlunun da məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
sesqazeti.az

2Mənbələr