AZ

Türkiyənin kimyəvi maddə ixracı 19 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 19 milyard 203 milyon 67 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 433 milyon 803 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 32,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 31 milyard 566 milyon 448 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Seçilən
78
11
turkic.world

10Mənbələr