AZ

Ötən mövsüm Misli Premyer Liqasında ən çox tamaşaçı bu oyuna gəlib

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 2024/25 mövsümünün ən çox azarkeş toplayan oyunları açıqlanıb.

QOL.az xəbər verir ki, ilk sırada 23-cü turun "Neftçi" - "Qarabağ" oyunu qərarlaşıb. Bu matçı 9355 azarkeş stadiondan izləyib.

Ağdam təmsilçisinin evdə Bakı klubu arasında keçirilən 31-ci tu matçı cədvəlin 2-ci pilləsində yer alıb - 7200 azarkeş. Maraqlıdır ki, 3-cü pilləni də bu komandaların oyunu tutub. "Neftçi Arena"dakı 15-ci turun görüşünə 7069 azarkeş toplanıb.

"Qarabağ"ın "Sumqayıt"la 9-cu tur qarşılaşması 4-cü (7000 azarkeş) olub. "Turan Tovuz"un Qurban Qurbanovun komandasını qəbul etdiyi 28-ci tur oyunu isə 5-liyi tamamlayıb - 6500 azarkeş.

Seçilən
47
1
teleqraf.com

2Mənbələr