Masallı rayonunda intihar hadisəsi baş verib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Nəzəroba kəndinin 1996-cı il təvəllüdlü sakini Fətulayev Pərvin Fəxrəddin oğlu özünü yaşadığı evin həyətindəki tikilidə asıb.
Bildirilib ki, P.Fətullayev özünü asmazdan əvvəl video çəkib. O, həmin videoda ailədaxili problemlərinin olduğunu bildirib, həmçinin aldığı kəndiri göstərərək həyatına son qoyacağını deyib. Az sonra P.Fətullayev həyatına son qoyub.