Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.
Mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olacaq.
"Sabah" I qrupun səpələnməmişləri arasında qərarlaşacaq. Komandamız "Levski" səddini adlayarsa, "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
"Araz-Naxçıvan" isə IV qrupun səpələnmişləri arasında yer alacaq. Təmsilçimiz “Riqa” (Latviya) – “Beytar Yerusalem” (İsrail), PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya), “Rusenborq” (Norveç) – “Hammarbi” (İsveç) və “Hakken” (İsveç) – “Brann” (Norveç) cütlərindən birinə rəqib olacaq.
IV Qrup
Səpələnmişlər
1: "Sparta" (Praqa, Çexiya) - "Ararat-Armenia" (Ermənistan)
2: "ÇFR Kluj" (Rumıniya) - "Braqa" (Portuqaliya)
3: "Araz-Naxçıvan" (AZƏRBAYCAN) - "Omoniya" (Cənubi Kipr)
4: "Maynts-05" (Almaniya)
Səpələnməmişlər
5: "Riqa" (Latviya) - "Beytar Yerusalem" (İsrail)
6: PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya)
7: "Rusenborq" (Norveç) - "Hammarbi" (İsveç)
8: "Hakken" (İsveç) - "Brann" (Norveç)
"Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
Əliyar Ağayev Avropa Liqası matçında
"Şkendiya" - "Qarabağ" matçının biletləri satışa çıxarılır
Elçin Məsiyev ÇFR - "Braqa" matçında
"Araz-Naxçıvan" üçün Çexiya və Danimarkadan hakimlər