Xərçəng, hüceyrələrdə baş verən genetik mutasiyalar nəticəsində meydana gəlir.
E-saglam.az xəbər verir ki, normalda hüceyrələr öz funksiyasını yerinə yetirir və vaxtı gələndə məhv olur. Lakin bəzi hüceyrələr nəzarətsiz çoxalaraq bədəndə şişlər əmələ gətirə bilər. Leykemiya kimi bəziləri isə bərk şiş yaratmır.
DNT mutasiyalarının səbəbləri:
Hüceyrə bölünməsi zamanı təsadüfi səhvlər
Siqaret tüstüsü, UV şüaları və kimyəvi maddələr
İrsi genetik dəyişikliklər
Əsas risk faktorları:
Siqaret və tütün məmulatları
Həddindən artıq alkoqol
Qeyri-sağlam qidalanma və fiziki passivlik
Günəş şüaları və ionlaşdırıcı radiasiya
Havanın çirkliliyi və peşə riskləri
HPV, hepatit B və C, Helicobacter pylori kimi infeksiyalar
Yaşın artması və zəif immun sistem
Xərçəngin erkən əlamətləri:
Əsassız arıqlama
Uzunmüddətli yorğunluq
Bədəndə yeni və sərt kütlələr
Dəridə ləkə və xallarda dəyişikliklər
Davamlı öskürək və ya səsin batması
Səbəbsiz qanaxmalar
Sidik və ya bağırsaq vərdişlərinin dəyişməsi
Udma çətinliyi və yanma hissi
Sağalmayan yaralar
Davamlı və izah olunmayan ağrılar
Nə etməli?
Siqaret və spirtli içkilərdən uzaq durun
Sağlam və balanslı qidalanın
Fiziki aktiv olun
Günəşdən qorunun
HPV və hepatit B-yə qarşı peyvənd olun
Ailə tarixçənizi bilin və mütəmadi skrininq müayinələrinə qatılın
Erkən diaqnoz həyat xilas edə bilər. Bu səbəblə, hər hansı narahatedici əlamət gördükdə gecikmədən həkimə müraciət edin.
Tərcümə: Könül Oruc
E-saglam.az