Bakı. Trend:
Fransada keçirilən etiraz aksiyalarında gizli polisləriniştirakı ilə bağlı hesabat dərc edilib.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, tədqiqatçılar ölkədə aksiyalar zamanı polisəməliyyatlarının getdikcə daha çox hərbiləşdirildiyinivurğulayıblar.
Buna misal olaraq bildirilib ki, “A69” layihəsinə qarşıkeçirilən aksiyada təxminən 700 nəfər iştirak edib.
Prefektura tərəfindən bu aksiya əvvəlcədən qadağan olunsa da,təşkilatçılar onu xoşniyyətli bir tədbir kimi təqdim ediblər. Lakinhesabatda vurğulanır ki, tədbirin mahiyyəti ilə uyğun olmayanşəkildə 1600 polis və jandarma, zirehli texnika və çoxsaylıgözyaşardıcı qaz atıcıları ilə aksiyaya müdaxilə olunub.