Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Braziliya təmsilçisi "Qremio"da qarşıdan gələn prezident seçkiləri öncəsi diqqətçəkən bir iddia gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, klubun yeni prezident namizədi Marselo Markez, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu ilə əlaqə saxlayıb.
Məqsəd, portuqaliyalı mütəxəssisi 2026 mövsümündə "Qremio"nun baş məşqçisi kimi təqdim etməkdir.
Yayılan xəbərlərə görə, Mourinyuya təklifin ilkin şərtləri bildirilsə də, təcrübəli çalışdırıcı "Fənərbağça" ilə çempionluq yaşamaq istədiyini bildirib və bu səbəbdən danışıqları rədd edib.
Mourinyunun bu qərarı "Fənərbağça" rəhbərliyində və azarkeşlər arasında müsbət rezonans doğurub. Klubda Mourinyunun uzunmüddətli layihəsinin əsas fiquru olduğu vurğulanır.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.