"Qalatasaray”ın futbolçusu Przemslav Frankovski karyerasını Fransada davam etdirəcək.
QOL.az xəbər verir ki, polşalı yarımmüdafiəçi “Renn”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı oyunçu 2025/26 mövsümünü Liqa 1 təmsilçisində icarədə keçirəcək.
Qeyd edək ki, Frankovski bu ilin fevral ayında Fransa "Lans"ından “Qalatasaray”a keçib.