AZ

Avtomobil almaq üçün hansı şərtlər daha sərfəlidir: lizinq, yoxsa daxili kredit?

Bakı.Trend:

Son illərdə Azərbaycanda avtomobil əldə etmək istəyənlər üçünkredit xidməti göstərən şəxslər və müəssisələr yaranıb. Buvasitələrlə vətəndaşlar avtomobilin satış qiymətinin müəyyənhissəsini əvvəlcədən ödəməklə, qalan məbləği bir neçə ay və ya ilərzində hissə-hissə ödəyə bilirlər.

Bəs, bu yollardan hansı daha sərfəlidir? Lizinqyoxsa daxili kredit?

Mövuz ilə bağlı Trend-ə açıqlamasında İqtisadçı ekspert Xalid Kərimlibildirib ki, daxili kredit, yaxud lizinq daha sərfəlidir deyə birqayda yoxdur:

“Burada konkret hallara əsasən müqayisə aparmaq lazımdır. Yəni,universal qayda yoxdur ki, daxili kredit daha çox əlavə xərc tələbedir, yoxsa lizinq. Bu proses bəzən eyni də ola bilər; əslində,lizinq daxili kreditin bir növüdür”.

“Bank və BOKT kreditləri arasında nəğd kredit ən yaxşı seçimkimi görünür. Çünki bankların resursları digərlərinə nisbətən dahaucuzdur. Həmçinin bəzi sahibkarlar öz vəsaitlərini də yatırmaqimkanına malikdirlər. Yəni burada sahibkarlar öz resurslarınıdövriyyəyə qata bilərlər. Bu halda daxili kredit də əlverişli olabilər. Amma bank kreditləri ümumilikdə daha ucuzdur, BOKTkreditləri isə nisbətən daha bahadır. Lizinq və daxili kreditdə isəbelə bir vəziyyət yoxdur; sahibkar istədiyi kimi kredit verə bilər.Burada əsas məsələ pulun mənbəyi və bazarın vəziyyətidir. Ona görədə konkret müqayisə aparmaq lazımdır”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə Trend-ə qeyd edib ki,avtomobillərin alınması üçün istər daxili kredit, istərsə də lizinqşirkətləri tərəfindən verilən qərarlar ədalətli olmalıdır:

“Burada kreditin növündən asılı olmayaraq şəffaf və münasibkredit şərtləri təmin olunmalıdır. Yəni, faiz dərəcələrininhesablanması, uçotun aparılması, həmçinin daxili və komissiyaxərclərinin tutulması müştərilər üçün aydın və məqbul şəkildətəşkil edilməlidir. Əks halda, müştərilər bu cür hallardan bezəcəkvə nəqliyyat vasitəsi almağa maraq göstərməyəcəklər”.

Məqalədə:
Seçilən
49
8
az.trend.az

9Mənbələr