İtaliya çempionu "Napoli" yeni mövsümün hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, klub İngiltərə millisinin və "Mançester Siti"nin ulduz futbolçusu Cek Qrilişi heyətinə qatmaq istəyir.
Bu barədə məlumatı "Corriere dello Sport" yayıb.
Mənbənin məlumatına görə, 29 yaşlı futbolçu üçün Neapol klubu 40 milyon avro dəyərində təklif göndərməyə hazırlaşır.
Qriliş, ötən mövsüm Pep Qvardiolanın heyətində istənilən qədər şans tapa bilməmişdi. Bu vəziyyət futbolçunun transfer ehtimalını gücləndirib.
"Napoli" rəhbərliyi onun kreativ oyun quruculuğu və texniki bacarıqları ilə komandaya fərqlilik qatacağına inanır.
Məlumata görə, "Napoli" rəsmi təklifi yaxın günlərdə "Mançester Siti"yə təqdim edəcək. Əgər razılaşma əldə olunarsa bu transfer İtaliya futbolu üçün yay fasiləsinin ən böyük keçidlərindən biri ola bilər.
Kamil Xudiyev