AZ

Petr Pavel: Rusiya ilə əməkdaşlıq yalnız müharibədən sonra mümkün olacaq

Çexiya Prezidenti Petr Pavel Rusiyayla tərəfdaşlıq münasibətlərinin yenidən qurulmasının mümkün olduğunu bildirib. Lakin o, bunun yalnız Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra baş verə biləcəyini vurğulayıb. Prezident bu fikirlərini BBC-yə verdiyi müsahibəsində səsləndirib.

Pavelin sözlərinə görə, Rusiyanın atəşkəsə nail olunması və Ukrayna ilə sülh razılaşmasının imzalanması üçün danışıqlara cəlb edilməsi vacibdir. O qeyd edib ki, yalnız bu yolla davamlı sülh mümkün ola bilər.

Çexiya lideri əlavə edib ki, müharibənin sona çatmasından sonra Ukraynanın bərpasına başlanmalı və ardınca Rusiya ilə Avropanın təhlükəsizlik məsələlərində əməkdaşlığı və biznes əlaqələrinin tədricən bərpası mümkündür.

//Samir Qurbanov, Editor.az

Seçilən
79
editor.az

1Mənbələr