AZ

Londonda smartfon daşıyan yük maşını oğurlandı

BAKI, 5 avqust. TELEQRAF

İngiltərənin paytaxtı Londonda 12 min ədəd "Samsung Galaxy" telefonunu daşıyan yük maşını oğurlanıb.

Teleqraf xəbər verir ki, hadisə Hitrou hava limanı yaxınlığında baş verib.

Oğurlanmış cihazlar arasında 5000 "Galaxy Z" və "Z Flip7" modelləri var.

Həmçinin 5000 ədəd "Galaxy Watch8" və çoxlu sayda "Galaxy S25", "Galaxy A16" seriyalı məhsullar da olub.

Yük maşınındakı məhsulların ümumi dəyəri təxminən 9,6 milyon dollar olub.

Yük maşını tapılsa da, oğrular telefonları aparıblar.

Seçilən
16
2
teleqraf.com

3Mənbələr