AZ

Məşhur aktrisa ad gününə 2 gün qalmış ölüb...


Ötən əsrin 70-80-ci illərinin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib. Aktrisa 80 illik yubileyinə iki gün qalmış Los-Ancelesdə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Anderson "WKRP in Cincinnati" serialındakı roluna görə iki "Emmi" mükafatı və üç "Qızıl Qlobus" nominasiyasına namizəd olub. O, "Stroker Ace", "Country Gold", "The Lonely Guy", "A Letter to Three Wives", "Stranded", "Blondie & Dagwood" və "Blown Away" kimi çoxsaylı layihələrdə rol alıb.

Mətləb

Seçilən
97
4
baki-xeber.com

5Mənbələr