AZ

"Araz-Naxçıvan" braziliyalı futzalçı transfer edib

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” braziliyalı futzalçı transfer edib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Klub Aleksanderson Teixeira Barbosa ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Seçilən
8
15
report.az

10Mənbələr