AZ

Qala yolunda teplovozla yük maşını toqquşub

Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə gedən yolda teplovozla yük maşınının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən hafta.az-a bildirilib ki, hadisə ötən gün saat 22:51-də baş verib. Məlumata görə, Qala yolunda 10-HY-772 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü dəmiryol keçidindən istifadə ilə bağlı qaydaları pozaraq hərəkətini davam etdirib, nəticədə avtomobil hərəkətdə olan teplovozla toqquşub.

"İlkin məlumata əsasən, xəsarət alan yoxdur. Hadisə aidiyyəti üzrə araşdırılır. ADY bütün hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən qaydalara əməl etməyə çağırır. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər. Hərəkət iştirakçıları dəmiryol keçidinə yaxınlaşdıqda dayanmalı, yol nişanlarını, işıqforları, nişanlama xətlərini əsas tutmalı, yaxınlaşan qatarın olmadığına əmin olmalı, bundan sonra hərəkətini davam etdirməlidirlər".

Seçilən
3
2
hafta.az

3Mənbələr